Yol qəzasında iki nəfər öldü - FOTO

30 Sentyabr 2022 23:52

Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, "VAZ-2107" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə nəticəsində 2 nəfər ölüb. Həyatını irtirənlər sürücü Mübariz Azər oğlu Aslanov və sərnişin İslam İsaq oğlu Musayevdir. Onların hərbiçi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az