Motosikletlə avtomobil toqquşub, xəsarət alanlar var

30 Sentyabr 2022 23:32

Şəmkir şəhərində motosikletlə avtomobil toqquşub, 2 nəfər xəsarət alıb.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə nəticəsində Şəmkir rayon sakinləri, 1999-cu il təvəllüdlü İ.Məmmədov və 2002-ci il təvəllüdlü 2002-ci il təvəllüdlü A.Əsədov xəsarət alıblar.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az