“Media Reyestri şəhadətnaməsinin forması” təsdiqləndi - FOTO

30 Sentyabr 2022 19:44

"Media Reyestri şəhadətnaməsinin forması" təsdiq edilib.

Milli.Az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

Qərara görə, Media Reyestrinə daxil edilmiş media subyektinin redaksiyası mövcud olduqda, Media Reyestri şəhadətnaməsinə "Media Reyestri şəhadətnaməsinin əlavə vərəqi" əlavə edilir.

Milli.Az