Azərbaycan Beynəlxalq Bankı ABŞ-da keçirilən konfransda iştirak edib
9 Aprel 2012 15:04
Azərbaycan Beynəlxalq Bankı (ABB) Pulların yuyulması ilə mübarizə üzrə sertifikatlaşmış mütəxəssislər Assosiasiyasının (ACAMS) pulların yuyulması ilə mübarizəyə həsr olunmuş 17-ci beynəlxalq konfransda iştirak edib.
Bankın mətbuat xidmətindən verilən məlumata görə, ABŞ-ın Mayami şəhərində keçirilən bu tədbirdə ABŞ, Kanada, Avropa Birliyi və Latın Amerikası ölkələri, Azərbaycan və Gürcüstandan 700-dən artıq mütəxəssis iştirak edib.
Konfransda "JP Morgan Chase", "Lloyds Bank", "Citigroup", "Scotiabank", "Goldman Sachs" kimi maliyyə institutları, "KPMG", "Ernst & Young" şirkətlərinin, ABŞ-ın Federal Təhqiqatlar Bürosu, ədliyyə nazirliyi, dövlət xəzinədarlığının nümayəndələri çıxış ediblər.
İştirakçılara maliyyə dələduzluğu və çirkli pulların leqallaşdırılmasına qarşı mübarizə üzrə proqram qərarları təqdim edilib.