Kasilyasdan Şakira ilə eşq yaşadığı barədə iddialara cavab

30 Sentyabr 2022 17:24

"Real"ın əfsanəsi İker Kasilyas Şakira ilə münasibətinin olması barədə yayılan xəbərləri təkzib edib.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, sabiq qolkiper medianın yaydığı xəbərləri İnstaqram hesabında paylaşıb və bu məlumatların hardan gəldiyini anlamadığı ifadə edib.

Xatırladaq ki, Pike və Şakira futbolçunun xəyanəti səbəbindən iyunun 4-də ayrılıblar. Son günlərdə isə kolumbiyalı müğənninin İker Kasilyasla eşq yaşadığı bildirilirdi.

Milli.Az