Kremldə Ukraynanın 4 regionunun Rusiyaya daxil olmasına dair sazişlər imzalandı

30 Sentyabr 2022 17:02

Ukraynanın dörd regionunun Rusiyaya birləşdirilməsi haqqında müqavilələr imzalanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Böyük Kreml Sarayının Georgiyevsk zalında təntənəli mərasim keçirilib.

Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dörd separatçı regionunun başçıları arasında Donentsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyası ərazisinə daxil olması haqqında müqavilələr imzalanıb.

Milli.Az