İsveç Türkiyəyə silah embarqosunu aradan qaldırdı

30 Sentyabr 2022 16:12

İsveç Türkiyəyə tətbiq etdiyi silah ixracı embarqosunu aradan qaldırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsveçin Strateji Məhsullar Müfəttişliyinin qərarında deyilir.

Qeyd olunur ki, qərara əsasən, Türkiyəyə silah və hərbi avadanlıqlar, o cümlədən, elektron və texnoloji qurğular ixrac edilə bilər.

Bundan başqa, o da vurğulanır ki, embarqonun aradan qaldırılması qərarı İsveçin NATO-ya üzvlüyü ilə əlaqədardır.

İsveç 2019-cu ildə Türkiyəyə silah embarqosu tətbiq etmişdi.

Milli.Az