Tofiq Yaqublu sərbəst buraxıldı - YENİLƏNİB

30 Sentyabr 2022 18:26

18:26

Tofiq Yaqublu sərbəst buraxılıb.

Bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.

-------

12:04

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu saxlanılıb

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Tofiq Yaqublu bu gün polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə Tofiq Yaqublu saxlanılıb. Hazırda müvafiq araşdırma aparılır. Araşdırma başa çatan kimi sərbəst buraxılcaqdır.

Milli.Az