Erməni qadın və onun "qadın-kişi" əri Rusiyaya casusluq etmək istədilər - TƏFƏRRÜAT

30 Sentyabr 2022 12:00

Amerikalı transgender zabit və onun xanımı Rusiya Federasiyasına casusluqda suçlanaraq saxlanıblar.

Onlar özünü Rusiya kəşfiyyatının agenti, "Rusiya diplomatı" kimi təqdim etmiş Federal Təhqiqat Bürosunun əməkdaşına məxfi məlumatları ötürməkdə ittiham olunurlar.

ABŞ-ın Merilend ştatının prokurorluğu 39 yaşlı mayor Ceymi Li Henrini və onun arvadını, 36 yaşlı erməni Anna Qabrielyanı Silahlı Qüvvələrin mənsubları barədə konfidensial tibbi məlumatları "rusiyalı diplomat"a verməkdə suçlayıblar: "Bu şəxslər hökumət və hərbçilərlə bağlı insanların səhhəti barədə məxfi məlumatları Rusiyaya verməyə can atıblar".

Li Şenri və Qabrielyan özünü "rusiyalı diplomat" kimi təqdim edən şəxslə əlaqə qurublar.

Li Henri Şimali Karolina ştatındakı Fort-Breq hərbi bazasında terapevt işləyir.

Fort-Breq bazasında Ordu Tibb Mərkəzi, Hava-Desant Korpusu, Xüsusi Əməliyyatlar üzrə Baş Qərargah yerləşir. Bu səbəbdən transgender Ceymi Li Henrinin konfidensial məlumatlara çıxışı vardı.

Erməni Anna Qabrielyan isə Merilend ştatındakı Baltimor şəhərində yerləşən Con Hopkins adına xəstəxanada anestezioloq işəylir.

İttiham aktına görə, onlar Rusiya Federasiyasına "yardım etmək üçün məxfi tibbi məlumatları verməyə hazır" olublar.

Avqustun 17-də onlar özünü "rusiyalı diplomat" kimi təqdim etmiş FTB zabiti ilə əlaqə qurublar.

"Rusiyaya olan vətənpərvər hisslər mənə əlavə ruh və motivasiya verdi. İşdən qovulmağa da, həbs edilməyə də razıyam. Əgər izimə düşsələr, uşaqlarımı Türkiyəyə aparın", - Anna Qabrielyan görüş zamanı deyib.

O, daha sonra bildirib ki,  ərində Rusiyaya faydalı ola biləcək daha çox informasiya var: "Məsələn, müharibə zamanı amerikalılar hərbi-səhra hospitalını necə qururlar və ya amerikalıların ukraynalı hərbçilərə təlim keçmələri barədə".

Ceymi Li isə etik problemlər olduğunu deyərək, Rusiyaya casusluq etməkdən çəkindiyi söyləyib. Anna ərini qorxaq adlandırsa da, "etik problemləri həll edə biləcəyinə inandığını" vurğulayıb.

Bundan sonra Ceymi Li "rusiyalı diplomat"a deyib: "Ukraynada müharibə başlayanda Rusiya ordusuna könüllü kimi qatılmaq istəyirdim. Lakin döyüş təcrübəm yoxdur, orada isə belə təcrübəyə malik insanlara ehtiyac var. Ukraynada nələr baş verdiyini görürəm. Görürəm ki, Birləşmiş Ştatlar Rusiyaya olan nifrətini izhar etmək üçün ukraynalılardan istifadə edir".

Avqustun 21-də isə Ceymi Li və erməni arvadı Anna Qabrielyan Merilend ştatındakı Qeytersberq şəhərində, otellərdən birində FTB zabitinə məxfi tibbi məlumatları veriblər.

Daha dəqiq olsaq, Henri ABŞ Silahlı Qüvvələrinin 5 vetetranı, Qabrielyan isə iki nəfərbarədə informasiyaları təqdim ediblər. Həmin şəxslərdən biri ABŞ Hərbi-Dəniz Qüvəələrinin Kəşfiyyat İdarəsinin əməkdaşıdır.

Ceymi Li Henri 2015-ci ildə cərrahiyyə əməliyyatı yolu ilə cinsini dəyişmiş, ABŞ ordusunda ilk transgender zabit olmuşdu.

Hazırda ev dustağı kimi məhkəməyədək buraxılmış bu iki şəxs daimi nəzarət altındadır.

Son alınan məlumatlara görə, Anna Qabrielyan casusluğu faş olunacağı təqdirdə əri və uşaqları ilə birlikdə Türkiyəyə qaçmağı planlaşdırıbmış.

Orxan Hun
Milli.Az