Rəhim Rəhimlinin yasından görüntülər - FOTO

30 Sentyabr 2022 10:36

Ötən gecə dünyasını dəyişən bəstəkar-müğənni Rəhim Rəhimli ilə vida mərasimi başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, mərasim onun Fəvvarələr meydanın yaxınlığında yerləşən evində keçirilir.

Vida mərasimi bitdikdən sonra mərhum saat 12-də Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, 43 yaşlı bəstəkar-müğənni ötən gecə yaşadığı evdə ürəktutmasından dünyasını dəyişib.

Milli.Az