Əfqanıstanda təhsil mərkəzində terror - Ölənlər var

30 Sentyabr 2022 10:20

Əfqanıstanda təhsil mərkəzində terror aktı törədilib, 20 nəfər ölüb, 35 nəfər yaralanıb
Əfqanıstanın paytaxtı Kabulun qərbində yerləşən təhsil mərkəzində törədilən terror aktı nəticəsində azı 20 nəfər ölüb, 35 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı "Al Jazeera" televiziyası yayıb.

"Taliban" hökmətindən bildirilib ki, partlayışı terrorçu-kamikadze törədib.

Milli.Az