Xanım sürücü yanacaqdoldurma məntəqəsində “şou” göstərdi - VİDEO

30 Sentyabr 2022 16:52

ABŞ-da sarışın xanım avtomobili aralı məsafədə saxladığı üçün bir neçə dəqiqə ərzində avtomobilinə yanacaq doldura bilməyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qadın nəqliyyat vasitəsilə yanacaq şlanqı arasındakı məsafəni ölçdükdən sonra avtomobilini yanlış yerdə saxladığını anlayıb.

Uğursuz cəhddən sonra amerikalı qadın maşını yenidən park edib, lakin bu dəfə çənin qapağı yanacaqdoldurma terminalının əks tərəfinə düşüb.

Növbəti cəhddə xanım nəhayət ki, uğur qazanıb.

Milli.Az