"Ermənistan Azərbaycan qüvvələri ilə üz-üzə gəlib onları məğlub etməyə hazırlaşır" - Arakel Martikyandan sərsəm açıqlama

29 Sentyabr 2022 22:54

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-mayor Arakel Martikyan açıqlama verərək absurd fikirlər səsləndirib.

Arakel Martikyan Ermənistan Ordusunun yeni hücum gözlədiyini, Azərbaycan Ordusu ilə qarşı-qarşıya gəlib qələbə qazanmağa hazırlaşdığını deyib.

"Ermənistan Silahlı Qüvvələri yeni hücum gözləyir və Azərbaycan qüvvələri ilə üz-üzə gəlməyə və onları məğlub etməyə hazırlaşır",  - Arakel Martikyan deyib.

Arakel Martikyanın daha sonra dediklərinin sıralaması:

*Azərbaycan Vardenis istiqamətində strateji baxımdan önəmli olan bir neçə döyüş mövqeyini ələ keçirə bilib".

"Ən böyük ərazi itkiləri Cermuk istiqamətində olub".

"İtirdiyimiz ərazilər taktiki baxımdan o qədər də vacib deyil, amma strateji baxımdan önəmlidir: Onlar düz bizim yaşayış məntəqələrimizin üstündə yerləşir".

"Hazırki vəziyyətdə düşmən yollarımıza, marşrutlarımıza müəyyən nəzarət yarada bilib".

Milli.Az