16 yaşlı oğlan çay evində anasını və kişini yaraladı

29 Sentyabr 2022 22:31

Gəncədə bıçaqlanma hadisəsi olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl şəhərin Atatürk prospektində yerləşən çay evində qeydə alınıb.

Samux sakini 16 yaşlı Dilqəm Xəlilov anası 43 yaşlı Nurlana Xəlilovanı və tanışları 24 yaşlı Elgün Məmmədovu bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanıb və araşdırma aparılır.

Milli.Az