Akar Ukraynanın infrastruktur naziri ilə danışdı

29 Sentyabr 2022 21:11

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov arasında telefon danışığı olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, görüş zamanı Ukrayna limanlarından taxıl daşınması ilə bağlı fikir mübadiləsi aparılıb.

Hulusi Akar İstanbuldakı Birgə Koordinasiya Mərkəzində əməkdaşlıq və koordinasiya çərçivəsində aparılan işlərdən məmnunluğunu bildirib.

Milli.Az