Hüseyn Həsənov da Rusiyanı tərk etdi

29 Sentyabr 2022 19:00

Azərbaycanlı bloger Hüseyn Həsənov uzun illərdir yaşadığı Rusiyanı tərk edib.

Milli.Az baku.ws-ə istinadla xəbər verir ki, blogerin gömrük məntəqəsində çəkilən şəkildə onun Rusiyanı tərk etdiyi açııq-aydın görünür.

Hüseyn sosial şəbəkə hesabında hava limanından video paylaşaraq "Bir neçə günlük atamın, yanına və sonra geriyə evə..." sözlərini yazıb.

Onun hazırda Azərbaycanda olduğu ehtimal edilir.

Milli.Az