Ermənistanda hərbi təlimlər keçiriləcək

29 Sentyabr 2022 15:32

Ermənistanda hərbi təlimlər keçiriləcək.

Milli.Az report-a istinadən bildirir ki, Ermənistan hökuməti Müdafiə Nazirliyinin təklif etdiyi layihə əsasında müntəzəm olaraq planlı hərbi təlimlərin keçirilməsi qərarını təsdiqləyib.

Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, ümumi və raket-artilleriya ixtisaslarına malik ehtiyatda olan hərbçilər təlimlərə cəlb olunacaq.

Təlimlərin nə vaxt başlanacağı hələ ki məlum deyil.

Milli.Az