Yalnız CinemaPlus-da “Yanlış Anlama 2” filmin nümayişi olacaq

29 Sentyabr 2022 15:20

"CinemaPlus" kinoteatrlar şəbəkəsində eksklüziv olaraq 30 sentyabrdan Türkiyə istehsalı olan "Yanlış Anlama 2" filminin nümayişi başlayır.

Film yemək bişirmək qabiliyyətini itirdiyini düşünən aşpazın hekayəsindən bəhs edir. Hekayə qəhrəmanın Türkiyədən Azərbaycana səyahəti ilə başlayır və burada çoxlu müxtəlif məzəli macəralarla qarşılaşır.

Rejissor Aykut Taşkın. Baş rollarda Cemal Hünal, Yılmaz Gruda və Fatih Özkan. Filmdə türkiyəli aktyorlarla yanaşı, İslam Mehrəliyev, Elcan Rəsulov, Gülşən Hüseynli kimi yerli aktyorlarımız da rol alıblar.

Film haqqında qısa məlumat: Nüfuzuna çox dəyər verən aşpaz Ceyhun, uşaqlıqdan ona hər şeyi öyrədən Əhməd Usta və onlardan heç vaxt ayrılmayan Fazil hər şeyə əvvəldən başlamaq üçün Bakıya gedirlər. Aşpaz Aydan Azərbaycan restoranında anasının işini Əhməd Ustanın köməyi ilə anasının reseptini tapmağa davam edir, aşpaz Ceyhun isə ənənəvi Azərbaycan reseptlərini kəşf edərək tamamilə yeni bir kulinariya səyahətinə çıxır.

"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Milli.Az