“Hamımız öləcəyik” - Təyyarədə qışqırıq səsləri...

29 Sentyabr 2022 14:45

"American Airlines"a məxsus təyyarə reysdə olan qadınlardan birinin isterikası səbəbindən məcburi eniş edib.

Milli.Az bildirir ki, bu barədə "Mirror" yazır.

Bildirilib ki, hadisə Mayamidən Los-Ancelesə uçarkən baş verib. Belə ki, hadisə şahidlərinin sözlərinə görə, sərnişinlərdən biri qəfil özünü aqressiv aparmağa başlayıb - qadın əvvəlcə stüardessaları söyüb, sonra isə yüksək səslə "Hamımız öləcəyik!", "Tövbə edin!" qışqırıb.

Davaçının yaratdığı kütləvi çaxnaşma uçuşu pozub - göyərtəsindəki iğtişaşlar səbəbindən təyyarənin kapitanı Texasın El Paso hava limanına enmək qərarına gəlib. Eniş etdikdən sonra qeyri-adekvat sərnişin polis tərəfindən saxlanılıb. Hava limanının fövqəladə hallar xidmətləri bortu yoxlayıb və uçuşu davam etdirməyə icazə verib.

İrfan Vəliyev
Milli.Az