Çingiz Əhmədov bu kanalda işə başladı

29 Sentyabr 2022 19:32

Əməkdar artist Çingiz Əhmədov 3 illik fasilədən sonra yenidən televiziyaya qayıdıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Space TV"də işə başlayıb.

Aktyor həftəiçi beş gün "Nuşi can" adlı səhər proqramında aparıcılıq edəcək.

Qeyd edək ki, Çingiz Əhmədov bundan əvvəl də "Space TV"də çalışıb.

Milli.Az