Türkiyəli məşhur aktrisa Günay Karacaoğlu səssiz-sədasız ərə gedib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 3-cü dəfə nikah masasına əyləşən aktrisa sevgilisi Sadettin Eskiçorapçıyla ailə qurub. O, özəl günündən fotoları sosial şəbəkədə paylaşıb.
Aktrisanın keçmiş aktyor həyat yoldaşı Şevket Çoruh şəkillərə şərh yazaraq cütlüyü təbrik edib.
Qeyd edək ki, Şevketlə Günay 1993-2004-cü illərdə ailəli olub. Onların bu nikahından Gülenay adlı qızları var.
Milli.Az