Cəbhədəki vəziyyətə gəlincə, hər şey bizə aydındır. Beləliklə, bir daha təkrar edirəm - yalnız rus dilini başa düşənlər üçün: Yaşamaq istəyirsənsə qaç; yaşamaq istəyirsənsə, təslim ol; yaşamaq istəyirsənsə, azadlığın üçün küçələrdə vuruş.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski növbəti dəfə ruslara müraciətində deyib.
"Hər şeydən məhrum olmusunuz. Yoxsa kiminsə neft buruqları var? Saraylar var? Üzüm bağları var? Bəlkə yaxtalar var? Yoxsa hansısa bank? Nə üçün mübarizə aparırsan?" - Zelenski bildirib.
Ukrayna prezidenti qeyd edib ki, rusların öz ölkələrində mübarizə aparacaqları bir şey var.
Milli.Az