Qətər DÇ-yə görə diplomatları da hərbi xidmətə çağırır

29 Sentyabr 2022 08:24

Qətər xarici ölkələrdə çalışan bir çox diplomatını və mülki vətəndaşını məcburi hərbi xidmətə çağırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, həmin şəxslər Dünya çempionatı zamanı stadionların ətrafında yaranacaq növbələrə və girişlərdəki axtarış nöqtələrinə nəzarət edəcəklər. Onlar bu mövzuda təlim alacaqlar.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.

Milli.Az