İtaliyada COVİD-19-la bağlı məhdudiyyətlər başa çatır

29 Sentyabr 2022 08:44

Sentyabrın 30-dan etibarən İtaliyada COVID-19 pandemiyası ilə bağlı tətbiq edilən demək olar ki, bütün məhdudiyyətlər başa çatacaq.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ölkədə bəzi yerlərdə və məkanlarda qoruyucu maskadan istifadə tələbi ləğv olunur. Artıq avtobuslarda, metroda və qatarlarda, eləcə də xəstəxanalarda və klinikalarında maska taxmaq lazım olmayacaq.

Oktyabrın 31-dən isə iş yerlərində temperaturun ölçülməsi və qapalı yerlərdə maskadan istifadə tələbi dayandırılır.

Milli.Az