Gürcüstana qaçan rusların sayı 45% artdı

29 Sentyabr 2022 08:10

Rusiyada səfərbərlik elan olunduqdan sonra Gürcüstana gedən rusların sayı anidən artıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri son bir həftə ərzində Gürcüstana daxil olan Rusiya vətəndaşlarının 40-45% artdığı bildirib.

Kazbeki sərhəd keçid məntəqəsindən hər gün minlərlə gənc və orta yaşlı şəxslərin gəldiyi bildirilir. Təkcə 23-27 sentyabr tarixlərində 78 min 742 Gürcüstana daxil olub.

Müxalifət partiyalarının nümayəndələri isə Gürcüstan torpaqlarının Rusiya tərəfindən işğal olunduğunu bildirərək rusların ölkəyə girişinə qadağa qoymaqla bağlı çağırış edib.

Milli.Az