Bakıda “Baku Bus”un avtobusu qəzaya uğrayıb - FOTO

29 Sentyabr 2022 08:48

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şəfayət Mehdiyev küçəsində baş verib.

Belə ki, "Opel" markalı avtomobilinin sürücüsü sükana nəzarəti itirib.

Bundan sonra maşın "Baku Bus" MMC-yə məxsus avtobusa çırpılıb.

Qəza zamanı yalnız avtomobilin sürücüsü xəsarət alıb.

Qeyd edək ki, avtomobilin sürücüsü hipertoniyadan əziyyət çəkirmiş.

Milli.Az