Bakıda yaşlı qadını avtobus vurub

29 Sentyabr 2022 09:00

Bakının Nizami Rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Neftçilər" stansiyasının yaxınlığında, Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü Nəsibova Qələmzar Yunis qızı prospektdə piyada üçün müəyyən edilməmiş hissədən keçərkən onu "Daewoo" markalı avtobus vurub. Yaralı xəstəxanaya çatdırılıb.

Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Milli.Az