Oğuzda yanğın olub

29 Sentyabr 2022 07:55

Oğuz rayonunun Yenikənd kəndində ümumi sahəsi 128 m² olan tövlənin yanar konstruksiyaları 120 m² sahədə və çardağına yığılan 14 ton ot bağlaması yanıb.

Bu barədə FHN-dən məlumat verilib.

Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az