Kür daha bir bəndi dağıtdı, su altında qalan kəndlərin sayı 5-ə çatdı
12 May 2010 10:43
Milli.Az xəbər portalı ANS telekanalına istinadən xəbər verir ki, gecə saatlarında Kür çayı Ulacalı kəndi ərazisindəki bəndlərdən birini dağıdıb. Nəticədə əvvəl qismən su basmış kənd indi tamamilə su altında qalıb. Əhali gecə saatlarında evakuasiya olunub.
Bundan başqa, bəndin dağılması nəticəsində rayonun Azada kəndini də su basıb. Qeyd edək ki, kənd sel təhlükəsi altında olduğuna görə, əhali bir həftə əvvəl köçürülübmüş.
Bununla da Sabirabadda su altında qalan kəndlərin sayı 5-ə çatıb. Hazırda fəlakət bölgəsində polis və Fövqəladə Hallar Nazirliyinin qüvvələri var. Bəndin bərpa olunması istiqamətində işlər davam etdirilir.
Milli.Az