Ən dadlı səhər yeməyi sayılan krep üçün içlik reseptləri

6 Oktyabr 2022 08:11

Ən yaxşı və asan başa gələn krep (blinçik) içlikləri.
1. Tərkibi:4 yumurta, 50 qram göy soğan, 10 qram şüyüd və duz
Yumurtalar bişirilir, sürtkəcdən keçirilir, digər tərəvəzlər və duz əlavə edilib krepin arasına sərilir və bükülür.
2. Tərkibi: 500 qram kəsmik, 1 yumurtanın sarısı, 2 xörək qaşığı şəkər tozu və 50 qram üzüm
Bütün məhsullar zəif odun üstündə qarışdırılır, şirə qoymaq istəyəndə götürülür və kreplərin arasına qoyuub bükülür.
3. Tərkibi: 1 toyuğun döş əti, 10 qram şüyüd, 2 soyutma yumurta, duz, istiot
Döş əti bişirilir və ət maşınından keçirilir. Digər məhsullar da əlavə edilərək krepin arasına yayılıb bükülür.
4. Tərkibi: göbələk 500 qram, 2 baş soğan, duz istiot  
Soğan qızardılır və təmiz yuyulmuş göbələklər xırda soğanla birlikdə bişirilir və krepin üstünə yayılaraq bükülür.
5. Tərkibi: 200 qram kolbasa, 0,5 xörək qaşığı qorçitsa, 50 qram smetan, 100 qram pendir
Kolbsa ət maşınından keçirilir, üzərinə qorçitsa əlavə edilir. Smetan qaılaraq qarışdırıldıqdan sonra krepə yayılaraq bükülür.
6. Tərkibi: 500 qram mal əti, 2 baş soğan, 1 ədəd yer kökü, 3 yumurta, duz, istiot
Ətlə soğan ətçəkən maşında üyüdülür və bişirilir. Bişmiş yumurta və yerkökü xırda doğranır və ətə qatılır. Duz və istiot vurulduqdan sonra krepə yayılraq bükülür.
7. Tərkibi: 500 qram üyüdülmüş qoyun əti,1 baş soğan, duz sitiot
Ətlə soğan bişirilir, duz və istiot qatılaraq krepin arasına sərilir və bükülür.
8. Tərkibi: 100 qram qaysı, 300 qram kəsmik və 1 stəkan şəkər tozu
Qaysı xırda doğranır, kəsmik və şəkər tozu əlavə edilib qarışdırılır, krepin arasına yayılıb bükülür.
9. Krepin arasına qatılaşdırılmış süd sürtülüb yeyildikdə çox dadlı olur.
10. Tərkibi: qızıl balıq,yumşaq pendir
Balıq bişirilir, xırda hissələrə bölünür. Yumşaq pendir sürtçəgdən keçirilib krepin üstünə yayılır və bükülür.
11. Tərkibi, üyüdülmüş ət, düyü, yerkökü, duz, istiot  
Ət, düyü, yerkökü ayrı-ayrılıqda bişirilir. Ət əllə didişdiriir, yerkökü xırda doğranır, düyü, duz və istiot əlavə edilib qarışdırılır. İçlik krepə yayılır və bükülr.
12. Tərkibi: 4 xörək qaşığı şəkər tozu, 0,5 stəkan su, 0,5 qram vanil
Məhsullar şərbət şəkli alana qədər qaynadılır və krepə yayılıb bükülür.

Milli.Az