Yaşıl və qara reyhan təbiətin insanlara bəxş etdiyi antibiotiklərdən biridir. Ona gərə də Qədim Şərq təbabətində bu bitkidən iltihabi xəstəliklər zamanı geniş istifadə edilib. Reyhanın orqanizm aşağıdakı təsirləri var.
Reyhan K vitamini il zəngindir. Ka vitamini isə qan damarları hüceyrələrinin möhkəmlənməsi üçün çox faydalı sayılır. Belə ki, bu vitamin damarlarda olan sərbəst radikallara qarşı mübarizə aparır. Reyhan qanda pis xolesterinin azalmasına yardım edir, bu vasitə ilə o ateroskleroz, ürək xəstəlikləri və insultun qarşısını alır.
Reyhanın tərkibi vitamin və minerallarla zəngindir. Onun tərkibində dəmir, maqnium, marqanes, kalium, C vitamini var. Bu səbəblərdən də reyhan antibakterial təsirə malikdir və DNT-nin qorunmasında çox faydalıdır.
Araşdırmalar reyhanın təbiətin insanlara bəxş etdiyi ən yaxşı antibiotiklərdən olduğunu sübut edub.
Reyhanın orqanizmdəki bəzi problemlərin həllində rol oynadığı həkimlər tərəfindən də təsdiqlənir. O, aşağıdakılar zaman çox faydalıdır:
* baş ağrıları
* diareya
* qəbizlik
* öskürmə
* parazitar xəstəliklər
* soyuqlama
Milli.Az