İranlı polkovnik güllələndi

28 Sentyabr 2022 17:48

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun polkovniki Mohsen Dalvənd ölkədə davam edən etirazlar zamanı öldürülüb.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrin İran seqmentində yayılıb.

Məlumata görə, Mohsen Dalvənd Sərdəşt şəhərində etirazçılar tərəfindən güllələnib.

Həmçinin bildirilir ki, iranlı polkovnikin 4 cangüdəni də yaralanıb. Yaralılar Urmiyada xəstəxanaya yerləşdirilib.

Milli.Az