Təyyarədə qadının sinəsinə toxunan sərnişin cərimələndi

28 Sentyabr 2022 19:24

Uçuş zamanı cinsi təcavüz edən sərnişin hakim qarşısına çıxarılıb və cərimələnib.

Milli.Az bildirir ki, bu barədə "Mirror" yazır.

Hadisə Böyük Britaniyadan İspaniyaya uçan "Ryanair" təyyarəsində baş verib.

Britaniyalı turistin dediyinə görə, onun yanında oturan kişi bütün uçuş boyu ona cinsi təcavüz edib: səyahət yoldaşı birmənalı olmayan eyhamlar edərək, qadına tualetə getməyi təklif edib, hətta sinəsinə də toxunub.

Qadın qonşusunun davranışından stüardessalara şikayət edib, onlar da öz növbəsində İspaniya hava limanının polisinə münaqişə ilə bağlı xəbərdarlıq ediblər. Təyyarə eniş etdikdən dərhal sonra kişi həbs edilib - kamerada bir gecə qaldıqdan sonra britaniyalı məhkəməyə aparılıb. Səyahət yoldaşını incitdiyinə görə təqsirləndirilən şəxs 2,5 min funt sterlinq cərimələnib.

İrfan Vəliyev
Milli.Az