10 metrə görə taksidə dava saldı - VİDEO

28 Sentyabr 2022 19:32

Qadın müştəri Moskvanın cənubunda taksi maşınında qalmaqal yaradıb.

Milli.Az bildirir ki, videonu "Bad News" Telegram kanalı yayıb.

Məlumata görə, sərnişin taksi sürücüsünün Novodanilovskaya sahilindəki "Palmira Business Club" otelinin qapısına qədər gedə bilməməsindən narazılıq etməyə başlayıb: buna şlaqbaum icazə verməyib. Bildirilir ki, otel binasının girişindən avtomobilə qədər on metr olub, lakin bu, qadını qətiyyən razı etməyib.

Kadrlardan görünüb ki, müştərinin iddialarından sonra taksi sürücüsü aqreqatorun dəstək xidməti ilə əlaqə saxlayıb, qadın isə salondan çıxarkən uğursuz cəhdindən sonra yüksək səslə qışqırmağa başlayıb: "Məni blokladılar! Kömək edin!" Sürücü qapını açıb, sərnişin isə polisə ərizə yazacağını vəd edərək maşından düşüb.

İrfan Vəliyev
Milli.Az