Ofisiant müştərini ələ saldı, aləm qarışdı

28 Sentyabr 2022 20:28

Ofisiant müştərinin görünüşü ilə bağlı zarafat etdikdən sonra avstraliyalı kişi restoranda dava salıb.

Milli.Az bildirir ki, müvafiq material "Ladbible" tərəfindən dərc olunub.

Təlimçi Bek Hardgreyv TikTok-da Brisbendəki "Karen's Diner" restoranında hadisədən danışdığı bir video paylaşıb. Məlumdur ki, bu restoranın əməkdaşları qonaqlarla zarafat etmək, eləcə də onların xarici görünüşünü tənqid etmək hüququna malikdirlər. Paylaşım müəllifinin sözlərinə görə, o, restoranın qaydaları ilə əvvəlcədən tanış olmasına baxmayaraq, iaşə obyektinə baş çəkməkdən məyus olub.

"Ofisiant rəfiqələrimin birinə saçını daramağı tapşırdı, digərini isə qoca adlandıraraq təhqir etdi. Mən bir daha oraya qayıtmayacağam", - deyə Hardgreyv aydınlıq gətirib və əlavə edib ki, başqa bir ziyarətçinin "Karen's Diner" işçiləri ilə mübahisəsinin şahidi olub. Yayılan görüntülərdə işçilərdən birinin onun keçəlliyi ilə lağ etməsindən sonra adamın qutu atdığı görünüb. "Qaydalarınız deyir ki, insanları bədənə görə utandıra bilməzsiniz!", - o videoda qışqırıb.

"Karen's Diner" rəhbərliyi hadisə ilə bağlı açıqlama verməyib.

İrfan Vəliyev
Milli.Az