Belçikalı ekspert Zəngəzur dəhlizinin imkanlarını şərh etdi

28 Sentyabr 2022 13:49

Azərbaycanın uğurlarından gələcəkdə hələ çox danışılacaq. Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda mühüm layihələri həyata keçirmək üçün əlverişli imkandır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Belçika Krallığının "New Direction" beyin mərkəzinin icraçı direktoru Vitold de Chevilly sentyabrın 28-də Azərbaycan Beyin Mərkəzlərinin I Forumu çərçivəsində "Vətən müharibəsindən sonra Cənubi Qafqaz evinin qurulmasına xidmət edən sülh prosesində beyin mərkəzlərinin rolu" mövzusunda müzakirələrdə deyib.

"Enerji asılılığının aradan qaldırılması üçün Aİ digər tərəfdaşlarla, o cümlədən Azərbaycanla işləyir. Avropa Mərkəzi Asiya regionunun potensialı ilə də maraqlanır. Bu əməkdaşlıq üçün isə Qərb-Şərq koridorunun yaradılması vacibdir. Burada isə Zəngəzur dəhlizinin əhəmiyyəti bir daha meydana çıxır", - ekspert deyib.

Beyin mərkəzlərinin əhəmiyyətindən danışan belçikalı ekspert qeyd edib ki, maliyyə əsas şərtdir. Şəbəkənin qurulması, təcrübəli ekspertlərin cəlb edilməsi vacibdir.

Milli.Az