Uşaq vaxtı məcburi tərk etdiyi torpaqda şəhid oldu - VİDEO

28 Sentyabr 2022 14:33

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman hərbçilərimizdən biri də ''Azərbaycan bayrağı'' ordenli mayor Səyavuş Kəlbalıyev olub.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Səyavuş güclü və təcrübəli kəşfiyyat rəisi olub. O, 6 yaşında məcburi tərk etdiyi Cəbrayıla Vətən müharibəsində döyüşçü kimi qayıdıb və savaşın ilk günlərində şəhid olub.

"Xəzər Xəbər" bu gün onun ailəsində olub. Xəzər Televiziyasının əməkdaşı olan həyat yoldaşı Pərvanə Kəlbalıyeva Səyavuş haqqında fikirlərini bölüşüb.

Bu gün anım günü keçirilən şəhid mayor Səyavuş Kəlbalıyev Vətən müharibəsinin ilk günlərində şəhadətə ucalıb. O, 29 sentyabr 2020-ci ildə Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalıb. 

Döyüş yoldaşları da Səyavuşun şücaətlərindən danışıb. Deyiblər ki, 16 illik xidməti dövründə onun tək amalı torpaqlarımızın işğaldan azad edilməsi olub.

Şəhid Səyavuş Kəlbalıyevin iki övladı yadigar qalıb. Onlar indi analarının təsəllisinə, baba və nənəsinin övladlarından qalan nişanəsinə çevriliblər. 

Qeyd edək ki, Səyavuş Kəlbalıyev ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, "İgidliyə görə",  "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Səyavuş Kəlbalıyevin timsalında bütün şəhidlərimizi rəhmətlə anırıq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az