Borrell qaz kəmərlərində partlayışların qəsdən törədildiyini deyib

28 Sentyabr 2022 12:10

Avropa İttifaqı (Aİ) "Şimal axını" qaz kəmərlərində baş vermiş qəzaların araşdırılması üçün aparılan istənilən araşdırmanı dəstəkləyəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.

"Əldə olan məlumatlar ona işarə edir ki, "Simal axını" və "Simal axını-2" qaz kəmərlərində qeyd alınmış sızma qəsdən törədilmiş əməllərin nəticəsidir", - Borrelin 28 sentyabrda verdiyi bəyanatda deyilir.

Milli.Az