Komissarlığda atəş açan rus hərəkətini belə izah etdi

29 Sentyabr 2022 05:22

Rusiyada, Ust-İlimsk şəhərinin hərbi komissarlığını atəşə tutan və yerli hərbi komissarı yaralayan rusiyalı Ruslan Zinin əməlini açıqlayıb.

Milli.Az bildirir ki, bu barədə Telegram-da "Baza" nəşri yazır.

Zinin müstəntiqlərə etiraf edib ki, o, 19 yaşlı ən yaxın dostunun Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı həlak olması səbəbindən atəş açmaq qərarına gəlib. Bundan əlavə, Rusiyada qismən səfərbərlik elan edildikdən sonra onun əmisi oğlu, 21 yaşlı Vasili Qurov çağırış vərəqəsi alıb. Daha əvvəl qeyd olunub ki, 25 yaşlı Zinin özü də səfərbər edilməli olub.

Rusiya İstintaq Komitəsi Zininə qarşı cinayət işi açıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 317-ci ("Hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd") və 222-ci ("Qanunsuz silah saxlama və gəzdirmə") maddələri ilə ittiham olunub.

İrfan Vəliyev
Milli.Az