Dünyanın ən varlı adamı oldu - "FORBES 400" SİYAHISI

28 Sentyabr 2022 21:07

"Tesla"və "SpaceX"in qurucusu İlon Mask ilk dəfə "Forbes 400" reytinqində birinci yeri tutub, varlıların ümumi gəliri isə son 14 ildə ilk dəfə azalıb.

Milli.Az fed.az-a istinadən xəbər verir ki, Forbes-in 41-ci dəfə açıqladığı ABŞ-ın 400 ən varlı iş adamı siyahısına görə, bu il ilk dəfə texnologiya şirkətlərinin sahibi olan Mask sərvətini 60 milyard dollardan çox artıraraq birinci yeri tutub.

İlon Mask 2022-ci ildə 4 il üst-üstə birinci yerdə olan keçmiş Amazon CEO-su Ceff Bezosu ikinci yerə endirib. ABŞ-ın ən zəngin iş adamı olan Maskın belə varlanmasının səbəbi "Tesla"nın səhmlərinin 11 faizlik artımı olub.

Bezos isə "Amazon" səhmlərində 27 faiz itki ilə üzləşən Bezosu isə siyahıda proqram tərtibatçısı və investor iş adamı Bill Qeyts izləyir, hansı ki, ilin əvvəlində həyat yoldaşı ilə birlikdə qurduğu fonda 20 milyard dollar bağışlayıb.

Qeyd edilib ki, ABŞ-ın ən zəngin iş adamları siyahısında ilk 20 nəfərin sərvəti 1,6 trilyon dollar dəyərindədir və bu "Forbes 400"dəki ümumi sərvətinin 40 faizi qədərdir.

Facebook-un qurucusu Mark Zukerberq isə ötən il 3-cü yerdə olduğu siyahıda 11-ci yerə enərək ilk 10-luğa daxil ola bilməyib.

2021-ci ilin sentyabrından bu yana sərvətinin yarısından çoxunu (76,8 milyard dollar) itirən Zukerberq, Forbes jurnalının son bir ildə ən çox pul itirən 400 ən varlı adamı arasında birinci yerdə qərarlaşıb.

Zənginlərin ümumi gəlirlərində 11% itki

"Forbes 400"ün cəmi aktivlərinin bu il keçən ilə görə 500 milyard dollar və ya 11% azalaraq 4 trilyon dollara düşdüyü açıqlandı. Azalmanın səbəbi yüksək inflyasiya və birjadakı enişlər olub.

Milli.Az