Aynişan 50 saat ac qaldığını açıqladı: “Bu, öz xoşumla baş vermədi” - VİDEO

28 Sentyabr 2022 18:44

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva açıqlaması ilə diqqət çəkib. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bloger sosial şəbəkə hesabında yayımladığı videoaçıqlamada 50 saat ac qaldığını söyləyib. 

"Bir çox insan 50 saat ac qaldığıma inanmayıb. Təbii ki, bu, öz xoşumla baş verməyib. Mənim 50 saat ac qalmağım mümkünsüz idi.

Keçən il Kiyevdə olduğum zaman qida ilə bağlı müalicə aldım. Orada məni 50 saat ac saxlamışdırlar. İlk həftə 50 saat ac qalanda gözlərim qaraldı. Hər kəsdən narazı olduğumu bildirirdim. İkinci həftə isə artıq orqanizmim buna alışdığı üçün meşədə qaçırdım", - deyə Aynişan bildirib. 

Milli.Az