Avropada qazın qiyməti 20%-dək artıb

28 Sentyabr 2022 16:12

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti, demək olar ki, 2070 ABŞ dollarına çatıb.

Milli.Az "APA-Economics"ə istinadən xəbər verir ki, 27 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 067,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ( 1 725,5 dollar) ilə müqayisədə 19,8% çoxdur.

Milli.Az