“İlin serialı” seçildi

28 Sentyabr 2022 20:52

"Gelsin Hayat Bildiği Gibi" serialı rentinqlərdəki uğurunu mükafatlarla davam etdirir.

Milli.Az olay-a istinadən xəbər verir ki, ekran işi ötən gün baş tutan Karyera və Texnologiya mükafatları gecəsində "İlin serialı" adını qazanıb.

Xatırladaq ki, sözügedən layihədə Ertan Saban, Devrim Özkan, Nilsu Berfin Aktaş kimi aktyorlar yer alır.

Milli.Az