Əri Fatimənin şəklini döymə etdirdi - FOTO

28 Sentyabr 2022 20:20

İnfluenser Fatimə Əhmədova (UlviFatime) növbəti paylaşımı ilə diqqətləri üzərinə çəkib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bloger həyat yoldaşı Ülvinin onun şəklini kürəyinə döymə etdirdiyi fotoları paylaşıb.

"Hər dəfə deyirəm, bundan artıq məni təəccübləndirə bilməz... Dünən dedi ki, çox vacib işim var. Sən demə, döymə etdirməyə gedib. Hekayəmizə uyğun portret hazırlayıb, çox kövrəldim", - deyə, Fatimə qeyd edib.

Milli.Az