Vergidən yayındığı üçün mühakimə olunacaq

28 Sentyabr 2022 17:08

Bir müddət əvvəl vergidən yayınmaqda ittiham edilən müğənni Şakira mühakimə olunacaq.

Milli.Az olay-a istinadən xəbər verir ki, 8 il 2 ay müddətinə həbsi istənilən sənətçinin adı 6 vergi cinayətində hallanır.

O, İspaniyada hakim qarşısına çıxacaq.

Qeyd edək ki, Şakiranın 14 milyon avrodan çox vergini ödəmədiyi iddia edilir.

Milli.Az