Müəllim şagirdin çantasından kobra tapdı - VİDEO

28 Sentyabr 2022 17:56

Hindistanlı müəllim onuncu sinif şagirdinin bel çantasının içində kobra aşkar edib. Hadisə Madhya-Pradeş ştatının Şacapur şəhərində yaşanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, səhər tezdən məktəbə gələn qız müəllimlərə çantasında nəyinsə hərəkət etdiyini deyib. Müəllimlərdən biri onu yoxlayıb və içəridə qıvrılmış ilan tapıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Milli.Az