Sakinlərə “böyük fəlakət”ə hazır olmaq barədə xəbərdarlıq - FOTO

28 Sentyabr 2022 18:28

ABŞ-ın Florida ştatının qubernatoru Ron De Santis ikinci kateqoriyalı İan qasırğası səbəbindən ştatı potensial "böyük fəlakət"ə hazır olmaq barədə xəbərdarlıq edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, çərşənbə axşamı qasırğanın Floridanın qərb sahilinə enəcəyi gözlənilir.

Qasırğanın dəqiq yolu bəlli olmasa da, onun bütün ştata güclü təsir edəcəyi bildirilib.

Məhəllə sakinləri ərzaq, su, dərman və odun ehtiyatı toplayırlar.

ABŞ-ın bəzi ştatlarında, demək olar ki, bir əsrdir, belə qasırğa müşahidə edilməyib.

Milli.Az