“Ukrayna “referendum” keçirilən ərazilərdə Qərb silahlarından istifadə edə bilər” - ABŞ

28 Sentyabr 2022 08:02

"ABŞ Ukraynanın qondarma referendumların təşkil edildiyi əraziləri geri qaytarmaq üçün Qərbin verdiyi silahlardan istifadəsinə qarşı deyil".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.

"Biz və bir çox başqa ölkələr Ukrayna ərazilərinin Rusiya tərəfindən ilhaqını tanımırıq və heç vaxt tanımayacağıq. Ukraynanın bütün ərazisində özünü müdafiə etmək hüququ var, xüsusən də Rusiya tərəfindən qeyri-qanuni zəbt edilmiş əraziləri geri qaytarmaq üçün", - deyə Blinken bildirib.

Onun sözlərinə görə, ABŞ və bir sıra digər ölkələrin Ukraynaya verdiyi silahlardan ərazilərin qaytarılması üçün, xüsusən də şimal-şərqdə, həm də cənubda çox səmərəli istifadə olunub.

Milli.Az