İranın keçmiş prezidentinin qızı həbs edildi

28 Sentyabr 2022 07:41

İranın keçmiş prezidenti Haşimi Rəfsəncaninin qızı Faizə Rəfsəncani həbs edilib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda "Azad İran" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, bir müddət öncə o "Atam da lider olsaydı, bir müddətdən sonra diktatora çevrilərdi", deyibmiş.

Onun Tehranın şərqində saxlanıldığı bildirilir.

Milli.Az