Hikmət Hacıyev ABŞ-ın tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirib - FOTO

28 Sentyabr 2022 07:28

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Azərbaycanla tərəfdaşlıqla bağlı müzakirələr aparıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı Səfirliyindən bildirilib.

Bildirilib ki, Azərbaycan Prezidentinin köməkçisi İrs Fondunda ABŞ-ın tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirib. Görüşdə Azərbaycan-ABŞ tərəfdaşlığı, Ermənistanla davam edən sülh danışıqları, o cümlədən regional və qlobal məsələlər müzakirə olunub.

Milli.Az